"Qalatasaray"da daha bir nəfərdə koronavirus aşkarlanıb.
Newsport.az-ın məlumatına görə, klub prezidentinin köməkçisi Yusuf Günay bu xəstəliyə yoluxduğunu açıqlayıb. O, Tvitter hesabından koronavirus testinin müsbət çıxdığını qeyd edib.
"Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim də bu xəstəlikdən əziyyət çəkir.