“Yuventus”un türk ulduzu 2 min ailəyə yardım etdi

Türkiyə yığmasının və "Yuventus”un müdafiəçisi Merih Demiral koronavirus pandemiyasına qarşı mübarizə kampaniyasına qoşulub.

Newsport.az-ın məlumatına görə, o, bu barədə “Tvitter”dəki hesabı vasitəsilə məlumat yayıb.

22 yaşlı müdafiəçi paylaşımında virusa baxmayaraq, evdən çıxmağa məcbur olan 2 min türk ailəsinə evdə daha çox qala bilmələri üçün ərzaq yardımı edəcəyini yazıb.

Demiral həmin ailələrin Türk Qırmızı Aypara Cəmiyyəti tərəfindən seçiləcəyini bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right