"Avro-2016"nın seçmə mərhələsində dünən keçirilən Ermənistan - Albaniya (1:2) matçında azarkeşlər arasında mübahisə düşüb.
Newsport.az-ın "Sabah" qəzetinə istinadən yaydığı xəbərə görə, Albaniya millisinin futbolçusu Qaşinin 81-ci dəqiqədə vurduğu qələbə qolundan sonra alban azarkeşlərdən biri qol sevincini Türkiyə bayrağını açaraq qeyd edib. Bu isə erməni azarkeşlərin narazılığına səbəb olub. Hiddətlənən fanatlar polisin müdaxiləsindən sonra sakitləşib.