Van Persi mövsümün əvvəlində oynamayacaq

"Mançester Yunayted"in futbolçu Robin van Persi yeni mövsümün əvvəlində keçiriləcək matçlarda oynamayacaq.

Newsport.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "MY"nın baş məşqçisi Lui van Qal hollandiyalı hücumçunun DÇ-2014-dən sonra dincəlməyə ehtiyacı olduğunu deyib. Bu səbəbdən o, futbolçunun bu ay başlayacaq İngiltərə Premyer Liqasının ilk oyunlarında iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, "MY" ölkə çempionatında birinci matçını avqustun 16-ı "Suonsi"yə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right