Fatih Terim: Yaxşı oyun göstərdik

“Hollandiya yığması ilə səfərdə oynamaq çox çətindi. Çünki rəqib güclüdü. Buna baxmayaraq, yaxşı oyun göstərdik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Fatih Terim deyib.

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Hollandiya üzərində qələbəni son anda əldən verən türklər səfərdən 1 xalla qayıdıblar. “Ay-ulduzlular”ın çalışdırıcısı Terim komandasından razı qaldığını vurğulayıb: “Kompakt oyun sərgilədik. Komandamla fəxr edirəm. Oyun çox xoşuma gəldi. Rəqib güclü olsa da, biz onlara çoxlu qol vəziyyətləri yaratmağa imkan vermədik. Daha çox işləməli və yolumuza davam etməliyik. Hollandiya kimi komanda ilə matçın son dəqiqələrində konsentrasiyadan düşürsənsə, mütləq qol buraxacaqsan. İstənilən halda, futbolçular özlərini yaxşı tərəfdən göstərdilər”.

 

Qeyd edək ki, Hollandiya – Türkiyə qarşılaşması 1:1 hesabı ilə nəticələnib.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right