İtaliya millisindən "Yuventus"a bəd xəbər

"Avro-2016"nın seçmə mərhələsində sabah Bolqarıstanla qarşılaşacaq İtaliya millisi ciddi itki ilə üzləşib.

Newsport.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Klaudio Markizyo zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

Yığmanın səhər məşqində dizindən zədələnən "Yuventus"un futbolçusu xəstəxanaya aparılıb. Tibbi müayinədən keçən Markizyonun zədəsinin ciddi olduğu aşkarlanıb. Bu səbəbdən oyunçu milli komandanın heyətindən kənarlaşdırılıb.  

Qeyd edək ki, "Avro-2016"nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alan İtaliya yığması sabah evdə Bolqarıstanla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right