"Azerbaijan - Land of Fire" sloqanı daha bir klubun formasında görünə bilər.
Newsport.az-ın məlumatına görə, "Atletiko" və "Lans"dən sonra "Latsio"nun da bu yazını daşıması mümüknüdür. Roma təmsilçisi ilə danışıqlar dövlət səviyyəsində aparılır. Tərəflər razılığa gəlsə, "Latsio" titul sponsorluğuna görə 40 milyon avro alacaq.
Bu istiqamətdə ilkin danışıqlar "Bakı-2015"in Romada təqdimatı zamanı, martın 5-də baş tutub. Hazırda müzakirələri Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov aparır. Müqavilə şərtlərinə əsasən paytaxt klubuna əvvəlcə 12 milyon avro ödənəcək.