AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də keçiriləcək Hollandiya - Türkliyə oyunu canlı yayımlanacaq.
Newsport.az-ın məlumatına görə, "ay-ulduzlular" üçün əhəmiyyət kəsb edən qarşılaşmanı ölkəmizdə İdman Azərbaycan TV canlı yayımlayacaq.
Bundan başqa bu matçı Türkiyədə Show TV, Rusiyada isə "Rossiya 2" kanalları mavi ekranlarına daşıyacaqlar.
Qeyd edək ki, Hollandiya - Türkiyə matçı saat 23:45-də başlayacaq.