Məşqdə ara qarışdı, komanda yoldaşını döydü Foto

“Bavariya”nın məşqində insident baş verib.

Newsport.az-ın məlumatına görə, Münhen nəhənginin futbolçuları dalaşıblar. Dava Jerom Boatenqlə Leon Qoretska arasında olub.

Məlumata görə, davaya səbəb Qoretskanın Boatenqə qarşı sərt oynaması olub. Bundan qəzəblənən Jerom komanda yoldaşına hücum edərək onun sifətinə zərbə endirib.

Robert Levandovski ilə Tomas Müllerin müdaxiləsindən sonra tərəfləri ayırmaq mümkün olub. “Bavariya”nın insidentə görə futbolçuları cəzalandırmayacağı bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right