AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Azərbaycanla qarşılaşacaq Malta millisinin yekun heyəti açıqlanıb.
Newsport.az-ın məlumatına görə, komandanın baş məşqçisi Pyetro Qedin qarşıdakı oyunlarda 20 futbolçunun xidmətindən yararlanacaq.
Qapıçılar: Yustin Haber ("Birkirkara"), Henri Bonello ("Hibernians"), Endryu Hoqq ("Kalloni", Yunanıstan);
Müdafiəçilər: Andrey Aqius ("Hibernians"), Stiv Betsina ("Baltsan"), Stiv Borq ("Valletta"), Conatan Karuana ("Valletta"), Rayan Kamensuli ("Birkirkara"), Rayan Kamilyeri ("Valletta"), Yurgen Pizani ("Pieta"), Zak Muskat ("Birkirkara");
Yarımmüdafiəçilər: Konor Borq ("Floriana"), Roderik Briffa ("Valletta"), Pol Fenex ("Birkirkara"), Rayan Fenex ("Valletta"), Byorn Kristensen ("Hibernians");
Hücumçular: Endryu Koen ("Hibernians"), Alfred Effionq ("Qormi"), Jan-Pol Farruca ("Hibernians"), Andre Şembri ("Omoniya", Kipr).
"Cırtdanlar" millimizlə oyundan öncə, martın 25-də Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.