Derbini "Fənərbaxça" qazandı

Türkiyə superliqasında 25-ci turun oyunlarına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, son oyun günündə üç görüş keçirilib.

“Trabzonspor” evdə “Akhisar”a qalib gəlib – 2:0.

“Gənclərbirliyi” səfərdə “Başakaşəhər”ə uduzub – 1:3.

Mərkəzi oyun İstanbulda keçirilib. Burada “Fənərbaxça” “Beşiktaş”ı qəbul edib. Musa Sounun 90-cı dəqiqədə vurduğu qol “bülbüllər”ə qələbə qazandırıb – 1:0.
 
Qeyd edək ki, türnir cədvəlinə 55 xalla “Qalatasaray” başçılıq edir. “Beşiktaş” 54 xalla 2-ci, “Fənərbaxça” isə 53 xalla 3-cüdür.



22 mart

Türkiyə superliqası, 25-ci tur

“Başakşəhər” – “Gənclərbirliyi” – 3:1
Qollar:
 Tosiç, 68 (0:1), Viska, 85 (1:1), Madureyra, 87 (2:1), 90+4 (3:1)
 
“Trabzonspor” – “Akhisar” – 2:0
Qollar:
 Kardoso, 26, Yılmaz, 68
 
“Fənərbaxça” – “Beşiktaş” - 1:0
Qol: 
Sou, 90

21 mart

Erciyesspor” – “Rizespor” – 0:3
Qollar:
 Kvuke, 20, Obraniak, 29, Kaya, 80

“Mersin” – “Qaziantepspor” – 0:1
Qol:
 Sen, 36

“Sivasspor” – “Bursaspor” – 4:1
Qollar:
 Karadeniz, 3, Eşer, 33, Şaheşo, 35, Karadeniz, 38 - Sen, 54

“Kasımpaşa” – “Qalatasaray” – 2:3
Qollar:
 Kastro, 16, (1:0), Torun, 43 (2:0),  Selcuk, 52 (2:1), Bulut, 55 (2:2), Burak, 65 (2:3) 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right