Danimarkalı məşqçi Yon Dal Tomassonun yeni iş yeri məlum olub.
Newsport.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis İsveçin “Malmö” klubunun baş məşqçisi təyin edilib. O, bu vəzifədə almaniyalı Uve Rösleri əvəzləyib.
Tomasson 2016-2020-ci illərdə Danimarka millisində köməkçi məşqçi olub. Məşhur veteran futbolçu daha öncə "Roda" və "Ekselsior" klublarını çalışdırıb.