Adebayor Premyer Liqaya qayıdır?

"Kayserispor"la müqaviləsini pozan Emmanuel Adebayor İngiltərə Premyer Liqasına dönə bilər.

Newsport.az-ın məlumatına görə, "Aston Villa" yayda 25 milyon avroya transfer etdiyi Vesleyin zədələnməsindən sonra yeni hücumçu axtarışına çıxıb. Birmingem təmsilçisi Maliyyə Feyr-Pley qaydalarını pozmadan hücum xəttini gücləndirmək istəyir. Premyer Liqa təmsilçisi azad agent statusu daşıyan Adebayorla maraqlanır.

Gələn ay 36 yaşı tamam olacaq təcrübəli forvardın Türkiyədən də yaxşı təklifləri var.

Təcrübəli hücumçu "Mets", "Monako", "Arsenal", "Real", "Tottenhem", "Kristal Pelas", "Başakşəhər", "Kayserispor" kimi klublarda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right