Bu gün futbol azarkeşlərinin diqqəti yenə İspaniyaya yönəlib.
Newsport.az-ın xəbərinə görə, bu gecə “Nou Kamp”da əzəli rəqiblər – “Barselona” ilə Madrid “Real”ın növbəti dəfə üz-üzə gələcəklər.
La Liqanın 28-ci turu çərçivəsində baş tutacaq bu qarşılaşma həm də çempionluq yolunda mühüm oyun hesab edilir. Hazırda komandalar arasında cəmi bir xal fərq var: 27 oyundan 65 xalı olan “Barsa” birinci, 64 xala malik “Real” isə ikinci yeri tutur.
23 mart
İspaniya La Liqası, 28-ci tur
00:00. "Barselona" - "Real" - 2:1
Qol: Matiyu, 19 (1:0), Ronaldo, 31 (1:1), Suares, 56 (2:1