Az öncə "Fənərbağça" - "Beşiktaş" derbisində yerli azarkeşlərin öz futbolçusu Emanuel Emenikeni fitə basmaları və nigeriyalı hücumçunun buna sərt reaksiya göstrərək meydandan çıxmaq istəməsi haqda sizə xəbər vermişdik.
Newsport.az-ın məlumatına görə, hücumçu ilk hissənin ortalarında baş məşqçidən onu əvəzləməsini istəyib. Çalışdırıcı onu əvəzləməyincə Emenike formanı əynindən çıxardaraq meydanı tərk edib. Sonradan klub rəsmilərinin təkidi ilə meydana qayıdan Emenike ilk hissə başa çatan kimi əvəzlənib.
Hücumçu derbini izləməyərək paltardəyişmə otağından bir başa evinə yollanıb.
Onun bu hərəkətindən sonra komandadan göndəriləcəyi bildirilir.