Gürcüstan yığmasının heyətində dəyişiklik edilib.
Newsport.az-ın məlumatına görə,Bakı "İnter"inin müdafiəçisi Laşa Salukvadze millinin düşərgəsindən ayrılmalı olub.
Eyni zamanda "İnter"in də baş məşqçisi olan gürcülərin çalışdırıcısı Kaxaber Sxadadze Salukvadze ilə yanaşı, daha dörd oyunçunu ilk siyahıdan çıxarıb.
Gürcüstan yığması martın 25-də Malta ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Ayın 29-da isə bu komandanı Almaniya ilə seçmə mərhələ oyunu gözləyir.