"Yuventus" Çempionlar Liqasının 1/8 finalında "Borussiya" (Dortmund) ilə cavab qarşılaşmasına ciddi itki ilə çıxacaq.
Newsport.az-ın məlumatına görə, İtaliya klubunun oyunçusu Andrea Pirlo sözügedən qarşılaşmanı buraxacaq. 35 yaşlı yarımmüdafiəçi zədə səbəbindən bugünkü məşqdə də iştirak etməyib.
Qeyd edək ki, "Borussiya" - "Yuventus" görüşü martın 18-i keçiriləcək. Bu komandalar arasında ilk oyunda "Yuventus" 2:1 hesabı ilə qalib gəlib.