Şota Arveladzedən "Fair play" örnəyi

Türkiyə superliqasının 24-cü turunda keçirilən “Konyaspor” – “Kasımpaşa” matçında ilginc hadisə yaşanıb.

Newsport.az-ın məlumatına görə, qarşılama zamanı "Kasımpaşa" “Fair play” qaydalarına uyğun olmayan qol vurub.

Oyunun 19-cu dəqiqəsində meydan sahiblərinin oyunçusu Ryan Babelin zədələnməsinə baxmayaraq, qonaq komandanın futbolçuları topu kənara atmayıblar.
 
"Kasımpaşa"nın müdafiəçisi Ryan Donk  fürsəti dəyərləndirərək hesabı açıb. Onun gözlənilməyən qoluna görə "Konyaspor"un futbolçuları hakimə və R.Donka etirazını bildiriblər.

Bundan sonra “Kasımpaşa”nın baş məşqçisi Şota Arveladze oyunçularına rəqibin hücumunun qarşısını almaması əmrini verib. Daha sonra "Konyaspor"un hücumçusu Hasan Kabze topu boş qapıdan keçirərək hesabı bərabərləşdirib. Matçın 40-cı dəqiqəsində isə H.Kabze penaltidən ikinci qolu vurub. Oyun 2:1 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right