Gürcüstan millisinin qarşıdakı oyunlar üçün heyətini açıqlayan Kaxaber Sxadadze mətbuat konfransı keçirib.
Newsport.az-ın məlumatına görə, "İnter"in baş məşqçisi Gürcüstan çempionatını nəzarətdə saxlayacağını bildirib:
"Mətbuat konfransından sonra Kutaisiyə gedib, kubok oyununu baxacam. Mən Gürcüstan çempionatının axarını da izləyəcəm".
Gürcü mütəxəssis ölkə futbolunun hazırkı durumundan şikayətlənib: "Təəssüf ki, ölkə çempionatı yaxşı səviyyədə deyil. Bu durumu da düzəltmək lazımdı. Başqa yolla nəticə qazanmayacağıq. Ölkə rəhbərliyi futbolun inkişafına kömək göstərməlidi".
Gürcüstan millisi martın 25-də Malta ilə yoldaşlıq görüşü keçirəcək. Ayın 29-da isə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Almaniya ilə üz-üzə gələcək.