Sxadadze Azərbaycanda oynayan 3 gürcünü milliyə çağırdı

"İnter"in baş məşqçisi Kacaber Sxadadze Gürcüstan millisinin sükanı arxasında ilk heyətini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ilkin mərhələdə yığmaya 29 futbolçu dəvət edib. Ancaq Kaxa Malta ilə yoldaşlıq oyununa kimi siyahını 23 nəfərə endirəcək.

Maraqlıdı ki, Sxadadze yığmanı başına keçər-keçməz "İnter"dən 3 futbolçunu ölkəsinin əsas millisinə cəlb edib. Bunlar müdafiəçi Aleksandr Amisulaşvili, Laşa Salukvadze və oğlu Baçana Sxadadzedir.

Martın 25-də Malta ilə yoldaşlıq görüşü keçirəcək Gürcüstan millisi 4 gün sonra "Avro-2016"nın seçmə mərhələsində Almaniyanı sınağa çəkəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right