Moldova millisinin heyəti açıqlanıb.
Newsport.az saytının məlumatına görə, Bakının AZAL klubunun futbolçusu Stanislav Namaşko da yığmaya dəvət alıb.
Namaşko AVRO-2016-nın seçmə mərhələsinin ilk oyununda forma geymək şansı qazananlar arasında yer alıb.
Qeyd edək ki, bu heyət sentyabrın 8-də Monteneqro ilə səfərdə keçiriləcək matçın hazırlıqlarına qatılacaq.