"Real"ın müdafiəçisi Serxio Ramos İspaniya superkubokunda "Atletiko"ya məğlub olduqları oyun haqqında danışıb.
Newsport.az saytının məlumatına görə, ispaniyalı futbolçu bu məğlubiyyəti tez bir zamanda unutmalı olduqlarını bildirib:
"Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Onlar yaxşı oynayıb qələbə qazandılar. Bu məğlubiyyəti tez bir zamanda unutmalıyıq. Bu bacaracağımız təqdirdə gələcəyə nikbin baxmaq olar".