"Qalatasaray" dünən gecə bəd xəbər alıb.
Newsport.az-ın məlumatına görə, klubun prezidenti Duyqun Yarsuvat xəstəxanaya yerləşdirilib. Buna prezidentin qan təzyiqi və şəkərinin qalxması səbəb olub.
Dərs dediyi Yeditəpə universitetində halı pisləşən Yarsuvat dərhal xəstəxanaya çatdırılıb. İlkin müdaxilədən sonra prezidentin vəziyyəti normala qayıdıb. Gecəni həkim nəzarətində keçirən Yarsuvatın bu gün evə buraxılacağı söylənilir.