Millimizin üzvü qol vurdu, komandası penaltilərdə məğlub oldu

Ənənəvi olaraq keçirilən Türkiyənin "Cumhuriyyət" kubokuna Sivasda start götürülüb.

Newsport.az saytının məlumatına görə, 16-cı dəfə keçirilən turnirdə millilərimizin üzvləri  - Vaqif Cavadov, Rəhman Hacıyev  və Ufuq Budaqın da çıxış etdiyi "Qaziantep BB" klubu da iştirak edib. Yarımfinal mərhələsində "Sivasspor"la qarşılaşan Qaziantep təmsilçisi məğlubiyyətlə üzləşib. Matç 3:3 hesabı ilə bitsə də, penaltilər seriyasında meydan sahibləri daha dəqiq olub.

Qeyd edək ki, millimizin hər üç üzvü oyun zamanı meydana daxil olub. Matç ərzində Vaqif Cavadovla əvəzlənən Rəhman Hacıyev komandasının 3-cü qoluna imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right