Rail oynamadı, "Dənizlispor" səfərdə uduzdu

Türkiyə PTT I Liqasında XXII turun növbəti oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin sabiq müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu “Dənizlispor” səfərdə “Girəsunspor”la qarşılaşıb.

Görüşdə meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib. Komandasının uduzduğu görüşdə təmsilçimizin adı “18-liy”ə daxil edilməyib.

 Aktivində 18 xal olan “Dənizlispor” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right