"Milan" Balotelliyə əvəzləyici tapdı

"Milan" klubu "Liverpul"a transfer olunacağı gözlənilən Mario Balotelliyə əvəzləyici tapıb.

Newsport.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, Milan təmsilçisi "Çelsi"nin hücumçusu Fernando Torresi transfer etməyi planlaşdırır.

İtaliya klubu Torresi icarəyə götürmək niyyətindədir. Dieqo Kostanın transferindən sonra əsas heyətdən kənarda qalan ispaniyalı forvardın da "Çelsi"dən ayrılmaq istədiyi bildirilir. Tərəflər arasında razılıq əldə olunarsa, Torres yeni mövsümdən "Milan"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Torres ötən mövsüm "Çelsi"nin heyətində keçirdiyi 41 oyunda 11 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right