Türkiyə PTT 1-ci liqasında 22-ci turun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, millimizin hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu "Boluspor" da növbəti matçına çıxıb.
Millimizin baş məşqçisi Robert Prosineçkinin izlədiyi qarşılaşmada Cavadovun komandası doğma meydanda "Bucaspor"la qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. Yığmamızın üzvü matçın 86-cı dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Boluspor" hazırda 27 xalla 9-cu pillədə qərarlaşıb.