"Yuventus" şokda

Çempionlar Liqasının 1/8 finalının ilk oyununda "Borussiya"ya 2:1 hesabı ilə qalib gələn "Yuventus" buna çox sevinə bilməyib. 

Newsport.az-ın məlumatına görə, Turin klubunun "düşünən beyni" Andrea Pirlo ədələnib. 

Oyunu davam etdirə bilməyən təcrübəli futbolçu matçın 37-ci dəqiqəsində əvəzlənib. Pirlonun ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Bu mövsüm bütün turnirlərdə 22 oyun keçirən Pirlo 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right