İtaliya A Seriyasında 24-cü tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, son oyun günündə bir qarşılaşma baş tutub.
Genua derbisində "Sampdoriya" və "Genua" komandaları üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk edib.
Qeyd edək ki, bu oyundan sonra hər iki komanda 36 xalla 36 xalla turnir cədvəlinin 6-7-ci pillərində qərarlaşıb.
24 fevral
İtaliya A Seriyası, 24-cü tur
"Sampdoriya" - "Genua" - 1:1
Qollar: Falke, 17 (0:1), Eder, 19 (1:1)