Yılmaz Vural yenidən superliqa klubunda

Türkiyənin "Karabükspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə komandanı bundan sonra Yılmaz Vural çalışdıracaq.

62 yaşlı mütəxəssis "Karabükspor"la mövsümün sonuna qədər müqavilə imzalayıb. O, baş məşqçi vəzifəsində istefaya göndərilən Tolunay Kafkazı əvəzləyib.

Qeyd edək ki, son komandası "Osmanlıspor" olan Vural daha öncə "Trabzonspor", "Bursaspor", "Antalyaspor" və "Gənclərbirliyi" kimi superliqa klublarını çalışdırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right