Mahir Şükürovun yeni baş məşqçisi bəlli oldu

Mahir Şükürovun formasını geydiyi "Karşıyaka"nın yeni baş məşqçisi müəyyənləşib. 

Newsport.az-ın məlumatına görə, Yusuf Şimşəyin istefasından sonra bu posta Ayhan Akman təyin olunub.

38 yaşlı mütəxəssis futbolçu karyerasında "Beşiktaş" və "Qalatasaray"dakı çıxışları ilə məşhurlaşıb. Məşqçilik karyerasına 2012-ci ildə "Qalatasaray"ın əvəzedici komandasında başlayan Akman bir ara "Kayseri Ərciyəsspor"da sabiq komanda yoldaşı Bülənt Qorxmazın köməkçisi kimi də çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right