Mahir Şükürovun baş məşqçisi istefa verdi

Türkiyənin "Karşıyaka" klubu baş məşqçisiz qalıb. 

Newsport.az-ın məlumatına görə, komandanın baş məşqçisi Yusuf Şimşək istefa verib.

Buna səbəb onun "Antalyaspor" klubundan gələn təklifi qəbul etməsidir. Bu üzdən də hazırda "Karşıyaka" özünə yeni baş məşqçi axtarmağa başlayıb.

Qeyd edək ki, "Karşıyaka"da Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov da çıxış edir. O, məhz Yusuf Şimşəyin istəyi ilə bu komandaya transfer olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right