Tərlan Əhmədov Türkiyə klubunda

Daha bir azərbaycanlı futbolçu Türkiyədə çıxış edəcək.

Newsport.az-ın məlumatına görə, 17 yaşlılardan ibarət millimizin və “Qəbələ” klubunun əvəzedici heyətinin keçmiş  üzvü Tərlan Əhmədov Türkiyə klubuna keçməyə yaxındı. Hazırda “Manisaspor” klubunun düşərgəsində olan Əhmədov böyük ehtimalla bu komandayla da müqavilə bağlayacaq. Tərlan özü bildirdi ki, onun xidmətində daha bir klub maraqlıdır və bu işlə menecerler maraqlanır. Yaxın günlərdə onun hansı kluba  keçəcəyinə də  aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right