Subaşiç "Qalatasaray"a, Kamran Ağayev "Sivasspor"a qarşı oynayacaq

Bu gün Türkiyə kubokunda 1/4 və 1/2 final mərhələsinin püşkü atılıb.

Millimizin sabiq futbolçusu Branimir Subaşiçin və yığmamızın qolkiperi Kamran Ağayevin komandalarının rəqibləri də bəlli olub.

Ağayevin şərəfini qoruduğu "Kayserispor" "Sivasspor"la, Branimir Subaşiçli "Manisaspor" isə "Qalatasaray"la qarşılaşacaq.

Püşkün nəticələrini təqdim edirik

1/4 final mərhələsinin cütlükləri:

1. "Mersin İdmanyurdu" - "Fənərbaxça"

2. "Qalatasaray" - "Manisaspor"

3. "Bursaspor" - "Gənclərbirliyi"

4. Kayserispor" - "Sivasspor"

1/4 final

İlk oyunlar - 3, 4, 5 mart

Cavab oyunları - 7, 8, 9 aprel

1/2 final mərhələsinin cütlükləri:

1-ci cütün qalibi - 3-cü cütün qalibi

2-ci cütün qalibi - 4-cü cütün qalibi

1/2 final

İlk oyunlar - 28, 29, 30 aprel

Cavab oyunları - 19, 20, 21 may

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right