"Yuventus"un ulduzu Çin klubundan imtina etdi

"Yuventus"un hücumçusu Mario Manjukiç karyerasını Çində davam etdirməkdən imtina edib. 

Newsport.az saytının məlumatına görə, Super Liqanın "Dalian Yifanq" klubu xorvat futbolçuya illik 10 milyon avro təklif edib. Xəbər qeyd edilib ki, 32 yaşlı futbolçu bu təklifi rədd edib və "Yuventus"da qalmağa üstünlük verib.

Qeyd edək ki, Manjukiç Turin klubu ilə 2020-ci ilə kimi müqaviləsi var. O, cari mövsüm 22 oyuna 9 qol vurub, 5 assist edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right