Bir müddətdir "Real Madrid"dən ayrılacağı gündəmdən düşməyən Anxel Di Marianın getmək istədiyi dəqiqləşdi.
Newsport.az saytınıın xəbərinə görə, bu haqda komandanın baş məşqçi Karlo Ançelotti məlumat verib. Sabah keçiriləcək İtaliya Super Kubok matçından əvvəl təşkil olunan mətbuat konfransında italiya mütəxəssis Di Marianın klubu tərk etmək istədiyini bildirib:
"Di Maria bu yay komandadan ayrılmaq istədiyini söylədi. Klub ona bir təklif etdi, ancaq o bunu rədd etdi. Bu klub ilə futbolçunun problemidir".
55 yaşlı baş məşqçi futbolçu ilə arasında heç bir problem olmadığını qeyd edib:
"Di Maria hal-hazırda "Real Madrid"in futbolçusudur,amma 31 avqusta qədər hər şey ola bilər. Əgər komandada qalsa heç bir problem olmayacaq".