"Milan"a Balotelinin yerinə o gələcək

İtaliyanın "Milan" klubu "Şaxtyor Donetsk" klubunun gənc hücumçusu Duqlas Kosta ilə maraqlanır.

Newsport.az saytının İtaliya mətbuatına istinadən xəbər verir ki, "Qırmızı-qaralılar" Mario Balotellinin 20 milyon paund qarşılığında klubdan ayrılacağı təqdirdə, onun yerini Kosta ilə doldurmaq istəyir.

"La Gazzetta dello Sport"a açıqlama verən 23 yaşlı braziliyalı hücumçu artıq böyük klublarda oynamaq istədiyini bildirib:

"Şaxtyor"a hər şey üçün minnətdaram. Əgər klubda qalsam yenə əlimdən gələni edəcəm. Ancaq artıq böyük klublarda oynamağa hazır olduğumu fikirləşirəm".

Qeyd edək ki, braziliyalı gənc hücumçunun 2018-ci ilə qədər "Şaxtyor" klubuyla müqaviləsi var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right