Türkiyə kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, növbəti oyun günündə daha 4 qarşılaşma keçirilib.
“Karabükspor” öz meydanında “Mersin İdmanyurdu” ilə qarşılaşıb. Oyun qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Mersin təmsilçisi növbəti mərhələyə adlayıb.
“Bursaspor” doğma meydanda “Başakşehir”i 2:1 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
“Beşiktaş” səfərdə milli komandamızın üzvü Kamran Ağayevin çıxış etdiyi ”Kayserispor”la qarşılaşıb və rəqibinə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Millimizin qapıçısı bu görüşdə yeni komandasında debüt edib.
“Fənərbaxça” isə səfərdə “Rizespor”a böyük hesabla (4:1 ) qalib gələrək adını növbəti mərhələyə yazdırıb.
11 fevral
Türkiyə kuboku, 1/8 final
“Karabükspor” – “Mersin” – 2:4
Qollar: Kumbela, 2 (1:0), Pedriel, 3 (1:1), Ozek, 15 (2:1), Tita, 69 (2:2), Pedriel, 90+4 (2:3), Kaloğlu, 114 (2:4)
“Bursaspor” – “Başakşehir” – 1:1 (Penaltilər - 3:2)
Qollar: Cinaz, 92 (1:0), Batdal, 97 (1:1)
“Kayserispor” – “Beşiktaş” – 1:0
Qol: Tasdemir, 39-pen.
“Rizespor” – “Fənərbaxça” – 1:4
Qollar: Kadlec, 24 (0:1), Ovacikli, 61 (1:1), İrtegin, 68 (1:2), Topal, 86 (1:3), Sou, 88 (1:4)