Türkiyə Kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfin qoruduğu "Kayserispor" bu mərhələdə Super Liqanın vahid lideri "Beşiktaş"ı qəbul edib. Kamran meydana start heyətində daxil olub. "Beşiktaş" Ağayevə qol vura bilməyib. Onun komanda yoldaşı Anıl Tasdemirin 39-cu dəqiqədə vurduğu yeganə qol isə "Kayseripor"u 1/4 finala yüksəldib.
Kamran bu görüşdə yeni komandasında debüt edib. Ağayev meydana start heyətdə daxil olub və 90 dəqiqə mübarizə aparıb. O, son dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.