"Kayserispor"u seçməyimin özəl bir səbəbi yoxdu. Haradan məntiqli təklif alsaz, ora gedərsiz".
Newsport.az-ın məlumatına görə,bu sözləri "Kayserispor"un yeni transferi Kamran Ağayev deyib. Türkiyə mətbuatına danışan millimizin üzvü türk klubunda darıxmayacağını düşünür:
"Əvvəllər də Türkiyəyə gəlmişdim. Amma ilk dəfə bir türk klubunda oynayacam. Futbolda qəbul etdiyin qərarın səbəbi olmur. Daha yaxşı təklifi qəbul edirsən,ora gedirsən. “Kayserispor”da əla kollektiv var. Hamı bir-biri ilə mehribandı. Adaptasiya baxımından problemlə üzləşəcəyimi və burda darıxacağımı düşünmürəm".