"Qalatasaray" klubu "Fənərbahça" ilə oynayacaqları "Super Kubok" matçı üçün məşqlərə başlayıb.
Newsport.az saytının məlumatına görə, zədələrini sağaldan Bruma və Veysəl Sarı da komanda ilə birlikdə məçqlərə qoşulub. Yenidən komandayla məşqlərə başlayan futbolçuların "Fənərbaxça" ilə oyuna hazır olacaqları güman edilir. "Sarı-qırmızılı" klub sabah da məçqlərini davam etdirəcək.
Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" Türkiyə Super Kuboku oyunu 25 avqust Bakı vaxtl ilə saat 22:30 da start götürəcək.