İtaliya A Seriyası komandalarından "Napoli" İspaniya klubu "Villareal"ın yarımmüdafiəçisi Conatan de Quzmanı transfer edib.
Newsport.az saytının klubun rəsmi saytına istinadən verdiyi xəbər görə, keçən mövsüm liqanı 3-cü sırada bitirən "Napoli" heyətini hollandiyalı futbolçu Quzman ilə gücləndirib. Futbolçu ilə 4 illiyinə razılaşan "Napoli" transferin dəyərini açıqlamasada, holandiyalı futbolçunun kluba 6 milyon avroya başa gəldiyi iddia edilir.
Qeyd edək ki, Hollandiya Milli Komandasının formasını 13 dəfə geyən futbolçu, 2014 Dünya Çempionatında da iştirak etmişdi.