"Başiktaş"ın ulduz futbolçusu Demba Ba "FourFourTwo" jurnalına maraqlı açıqlama verib.
Newsport.az-ın məlumatına görə, "qara qartal"ın hücumçusu komandası bu il çempion olacağı təqdirdə azarkeşləri sabah namazında gözləyəcini bildirib:
"Əgər "Beşiktaş" bu il Türkiyə Superliqasının qalibi olsa azarkeşlərimizi Sultanahmet Camisində sabah namazına gözləyəcəm".
Qeyd edək ki, "Beşiktaş" hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşıb.