"Beşiktaş" klubunun baş məçqçisi Slaven Biliç "Arsenal" ilə oynanılacaq cavab qarşılaşmasında komandasına başçılıq edə bilməyəcək.
Newsport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, UEFA xorvatiyalı təcrübəli məşqçiyə 1 oyunluq cəza verdiyini açıqlayıb.
Qeyd edək ki, Biliç dünən "Arsenal"la matçın 90+4 dəqiqəsində hakimlə mübahısə etdiyinə görə tribunaya göndərilmişdi.