Ozan Can məğlubiyyətə üzüldü

Futbol üzrə Türkiyə 1-ci liqasında 5-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Afyonspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Ozan da bu görüşün iştirakçısı olub. Millimizin üzvü 46-cı dəqiqədə meydana buraxılıb.

Ardıcıl ikinci məğlubiyyətini alan “Girəsunspor” 5 turdan sonra 9 xalla 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right