FİFA "Barselona" klubuna yenidən transfer qadağası qoyub.
Newsport.az saytının məulatına görə, katalon klubunun etdiyi etiraz nəticəsində qərara yenidən baxan FİFA 2016-cı ilin yanvarına qədər katalon təmsilçisinə heyətinə futbolçu qatmağı rəsmən qadağa qoyub. Beləliklə, ardıcıl ikinci dəfə FİFA-ya müraciət edən Luis Enrikenin komandası çətin duruma düşüb.
Xatırladaq ki, "Barselona" klubu 18 yaşdan aşağı bəzi futbolçuların transferində qayda pozuntusuna yol verdiyi üçün FİFA daha öncə komandaya iki transfer dönəmində oyunçu almağı qadağan etmişdi. İspaniya təmsilçisinin apelyasiya şikayətindən sonra dünyanın ali futbol qurumu bu cəzanı dondurmuşdu. Lakin bu gün açıqlanan qərara əsasən həmin cəza yenidən qüvvəyə minib.