Arsen Venger UEFA-ya "Beşiktaşlılar"dan şikayət etdi

"Arsenal"ın baş məşqçisi Arsen Venger Çempionlar Liqası Play-off mərhələsində "Beşiktaş" ilə oynanan ilk matçın sonunda ona şüşə atıldığıni iddia edərək  "Qara-ağlılar"ı UEFA-ya şikayət edib.
 
Newsport.az saytının məlumatına görə, fransız mütəxəssis oyundan sonra açıqlamasında "Beşiktaş" azarkeşlərinin ona qarşı etdiyi hətəkətdən danışıb:
 
"Meydançanı tərk edərkən mənə butulka atdılar. Bu barədə UEFA nümayəndələrinə məlumat verdim"
 
Qeyd edək ki, əgər hadisə təsdiq olunsa "Beşiktaş" ağır cəzalana bilər.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right