"Fənər" azarkeşlərinə bəd xəbər!

"Fənərbaxça" klubunun braziliyalı ulduzu Dieqo Ribas Super kubok oyununda "Qalatasaray"a qarşı oynaya bilməyəcək.
 
Newsport.az saytının məlumatına görə, təcrübəli futbolçu oyuna sayılı günlər qalmasına baxmayaraq, komandası ilə birlikdə məşqlərə çıxa bilmir. Ulduz futbolçunun tezliklə sağalması üçün sıx müalicə proqramı tətbiq olunsada, hələ də ağrıları davam edir.
  
Xatırladaq ki, 29 yaşlı futbolçu zədə səbəbilə "Çelsi", "Beşiktaş", "Olimpiyakos" və dünən keçirilən "Roma" matçlarına çıxa bilməmişdi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right