Araz Abdullayev yeni klubunun düşərgəsində

Azərbaycan millisinin üzvü Araz Abdullayev Avstriyaya yola düşüb.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi uzun müddətdi danışıq apardığı "Mattersburq" klubunun düşərgəsinə qoşulub. 

Ancaq millimizin üzvü Bundesliqa təmsilçisi ilə müqavilə imzalamayıb.  Araz öncə sabiq klubu "Panionios"la problemini həll etməli, daha sonra "Mattersburq"la münasibətlərini rəsmiləşdirməlidir.  

Qeyd edək ki, Avstriya təmsilçisi Araza 2 illik müqavilə təklif edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right