Vaqif Cavadov oynamadı, komandası qələbə qazandı

Türkiyə PTT birinci liqasında 17-ci turun oyunları keçirilir.

Millimizin futbolçusu Vaqif Cavadovun yenicə müqavilə bağladığı "Boluspor" öz meydanında "Orduspor"la qarşılaşıb. Dörd qolun vurulduğu matçda meydan sahibləri qələbəni bayram edən tərəf olub - 3:1.

Cavadov matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, bu qələbədən sonra Bolu təmsilçisi xal ehtiyatını 20-yə çatdıraraq 11-ci pilləyə yüksəlib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right